Əlaqə Arxiv
news Image
2013.05.03
18:16
| A A A
Gülər Əhmədova ilə bağlı daha bir qalmaqal
Keçmiş millət vəkili, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə videoqalmaqalda hallandırılan Gülər Əhmədovanın vəkilləri arasındakı qalmaqal böyüyür.

Vəkillərdən biri Eldar Qədimi müdafiədən kənarlaşdırılmasını digər vəkil Rafiq Mustafayevlə əlaqələndirib. 

O bildirib ki, Gülər Əhmədovanın onun müdafiəsindən imtina etməsi R.Mustafayevin çoxsaylı xahişləri nəticəsində baş tutub.

Raqif Mustafayev isə sabiq deputatın vəkilliyindən kənarlaşdırılan Eldar Qədiminin bu ittihamlarına cavab verib. 

O, Modern.az-a bildirib ki, hərənin öz səviyyəsi var:

"Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Uzandıqca qır-saqqız olub uzanacaq. Qoy rədd olsun. Nə istəyir onu da danışsın. Hərənin öz səviyyəsi var, ona uyğun da hərəkət edir. Bu məsələyə heç bir münasibət bildirmək istəmirəm. Mən ona qoşulmuram. Onun fəaliyyətinə xitam verilib. Bir daha ondan müsahibə almayın".   

R.Mustafayev də, öz növbəsində, E.Qədimini G.Əhmədovanın müdafiəsi ilə bağlı heç bir iş görməməkdə və hətta G.Əhmədovanın xahişlərinə baxmayaraq onunla görüşməkdən imtina etməkdə günahlandırıb.   

Sizin Reklam Yeriniz