Əlaqə Arxiv
news Image
2013.05.08
17:39
| A A A
Tarif Şurası avtobuslarda qiymətlərlə bağlı reydlərə başlayacaq-Eksklüziv
Abbas Əliyev: «İctimai nəqliyyatlarda Tarif Şurasının qəbul etdiyi qanuna riayət olunmalıdır»

Tarif (qiymət) Şurası ictimai nəqliyyatda qiymət artımına qarşı reydlərə başlayacaq. Bunu Mövqe.az-a İqtisadi İnkişaf NazirliyiMətbuat Xidmətinin rəhbəriAbbas Əliyev bildirib: " Tarif Şurası aprelin 26-da keçirilən iclasında sərnişin daşıma xidmətlərinin tariflərinə baxdı və heç bir dəyişiklik aparmadan əvvəlki vəziyyətdə saxladı. Həmin cədvəl KİV-də yerləşdirilmişdir. Tarif Şurasının qəbul etdiyi tariflərdən əlavə hər hansı bir gediş haqqının alınması qanuna ziddir. İctimai nəqliyyatlarda Tarif Şurasının qəbul etdiyi qanuna riayət olunmalıdır. Artıq bu, qanunun tələbidir. Avtobuslarda bu qərara əməl olunmasının gerçəkləşməsi isə Nəqliyyat Nazirliyinin üzərinə düşür. Nəzərinizə çatdırım ki, Tarif Şurası özü də verdiyi qərarların icrası ilə bağlı bu ay ərzində nəzarət tədbirləri keçirəcəkdir. Monitorinqlər zamanı isə süni qiymət artıran sürücülərə qarşı tədbirlər görüləcəkdir".

Qeyd edək ki, Tarif şurasının qərarına görə ictimai nəqliyyatda qiymət məsafədən aslı olaraq tənzimlənir.

Demək olar ki, bu gün ictimai nəqliyyatda 5 qəpiklərdən istifadə olunmur. Məsələ ilə bağlı Mövqe.az-a iqtisadçı ekspert Rəşad Həsənov da, fikirlərini bildirdi: "Hazırda xırda pul problemi yalnız nəqliyat sektorunda gediş haqqıının ödənilməsində deyil ticarət və xidmət sektorunun digər sahələrində də sıx-sıx rastlanan problemdir. Bu hal addətən sonu 5 qəpiklərlə bitən hesablar zamanı ortaya çıxır. Belə ki, bəzi hallarda 5 qəpik həqiqətən də olmur, əksər hallarda isə yaranmış vəziyyətdən sui istifadə edilir ki, bu da vətəndaşda haqlı narazılığa səbəb olur.

Mərkəzi Bankın açıqlamasına görə isə dövriyyədə kifayət qədər 5 qəpiklik sikkələr var. Lakin, problem sadəcə 5 qəpiklik qalığın qaytarılmamasında deyil. Cünki, bir çox hallarda həm alıcı və həm də satıcı mümkün qədər bu qəpiklərdən imtina edir. Məhz bu səbəbdən də sahibkarlar 5 qəpikləri tədarük etməkdən cəkinir. Ölkə qanunvericiliyinə əsasən Mərkəzi Bankın emisiya etdiyi istənilən pul əskinası və yaxud da sikkələr yararlı olduğu müddətdə vətəndaşa hər bir halda və yerdə istifadə hüququ verir. Və bu qəpiklərdən imtina edilməsi qanunauyğun deyil.

O ki, qaldı nəqliyatda gediş haqqının ödənilməsində ortaya çıxan problemlərə, bu məsələ ilə aidiyatı qurumlar və o cümlədən Nəqliyat Nazirliyinin sərnişin daşımaya nəzarət idarəsi məşğul olmalıdır. Tarif şurası isə öz səlahiyətlərinə aid olan sahələrdə qiymətləri müəyyən edərkən yaranacaq problemləri nəzərə almalı və sonradan bu hallara yol açacaq qiymətlər müəyyən etməməlidir. Əlbətdə ki, sərnişindaşımada plastik kartlardan istifadə edildikdə vətəndaşın və yaxud da sürücünün belə bir qayğısı olmayacaq. O zamana qədər isə bu halların qarşısının alınması məqsədi ilə bəzi tariflərə yenidən baxıla və qiymətlər süni şəkildə qaldırıldıqda müəyyən cərımələr tətbiq etməklə yaranmış vəziyət həll edilə bilər.

Ümumiyətlə isə bu tip problemlərin birdəfəlik həll edilməsi üçün, ölkədə nağdsız ödəniş sisteminin inkişaf etdirilməsi başlıca şərtdir".



Sizin Reklam Yeriniz