Əlaqə Arxiv
news Image
2013.05.11
10:41
| A A A
Türkiyədə zəlzələ olub
Türkiyənin Eskişehir əyalətində 3.3 gücündə zəlzələ baş verib. Bu barədə Mövqe.az "Zaman" onlayn-qəzetinə istinadən məlumat verir.

Boğaziçi Universiteti Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə, yerli vaxtla saat 23:16-da qeydə alınan zəlzələnin episentri Eskişehir əyalətinin Odunbazarı kəndində olub.

Dərinliyi 4.4 kilometr olan zəlzələ nəticəsində insan tələfatı və dağıntılar olmayıb.
Sizin Reklam Yeriniz