Əlaqə Arxiv
news Image
2013.05.17
18:35
| A A A
Kirayə müqavilələrinin yoxluğu hələ də büdcədən pulların yayındırılmasına səbəb olur
Mehman Muradlı: «Müqavilə hər bir tərəfin məsuliyyətini müəyyən edir, həm də tərəflərin hüququnu tənzimləyir» Ramil Osmanlı: «Kiaryə verilən zaman vergidən yayınmanın qarşısının alınması üçün nəzarət gücləndirilməlidir»

Ölkədə, xüsusən də paytaxt Bakıda müəyyən sayda insanın kirayədə qaldığı məlum həqiqətdir. Daha bir həqiqət isə həm də odur ki, əksər hallarda bu müqaviələlər rəsmi qaydadad sənədləşdirilmir və belləiklə, dövlət büdcəsinə də bundan hansısa vergi .dnəmir. məsələ artıq dəfələrlə gündəmə gətrilsə də tam həllini tapmayıb.   

"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai birliyinin sədri, hüquqşünas Mehman Muradlı Mövqe.az.a açıqlamasında bununla bağlı bildirir: "Mülki Məcəlləyə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Elə həmin məcəlləyə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hər bir tərəf götürdüyü öhdəliyə görə məsuliyyət daşıyır. Mülki Məcəllə bu məsələyə də toxunub. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Əgərə öhdəlik icra edilmirsə bunun zərərini tələb etmək olar. 

Əmlak kirayəsi dedikdə "Əmlak kirayəsi" müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin tələbinə əsasən yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. Əslində, kirayə müqaviləsi hər iki tərəfə sərf edir. Belə ki, müqaviləyə əsasən, əgər tərəflərdən biri üzərinə götürdüyü öhdəliyə əməl etməsə mülki məsuliyyət yaradır və zərəçəkmiş dəymiş zərəri tələb etmək hüququ əldə edir. Konkret olaraq deyim ki, müqavilə hər bir tərəfin məsuliyyətini müəyyən edir, həm də tərəflərin hüququnu tənzimləyir. Müqaviləni balğlamamğın yeganə səbəbi ödəniləcək vergidir. Bu səbədən də yaranmış problemlər əksər vaxtı həll edilməmiş qalır. Tərəflərin qarşılıqlı razılaşması olmasa, məhkəmə qaydasında bu problem həll edilməlidir. Vergi Məcəlləsinə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir. Evini müqaviləsiz kirayə verən şəxsin evində cinayət hadisəsi və ya partlaş, insan tələfatı olarsa, o zaman həmin vətəndaş(evini kirayə verən şəxs) ancaq vergi ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb oluna bilər. Əgər kirayə verənin günahı olmasa, inzibati məsuliyyət dedikdə cərimə nəzərdə tutulur". 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı isə bildirir: "Qanunvericiliklə götürsək, burda vergidən yayınma halı müşahidə olunur. Belə hallarda tərəflər arasında icarə ( kirayə )  müqaviləsi imzalanmalıdır. Müqaviləyə  uyğun olaraq da vətəndaş vergi ödəməlidir. Əks halda, evini kirayə verən vətəndaş Vergi Məcəlləsinə müvafiq olaraq cərimə ödəməlidir. Aylıq kirayə haqqının dəyərində və bu kirayənin  yayındırılmış məbləğindən asılı olaraq, cərimə məbləği təyin olunur. İcarə müqaviləsinə görə, hüquqi şəxslərdən tutulan vergi gəlirin 14% - dir. 

  Bu, çoxəhatəli mövzudur. Kiaryə verilən zaman vergidən yayınmanın qarşısının alınması üçün nəzarət gücləndirilməlidir. Qanunvericilikdə dəyişikliklər edilməlidir. Müəyyən müddətdə vergi məbləğinin ödənməməsinə görə, daha ağır məsuliyyət formaları tətbiq oluna bilər. Bu problemi yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin  nisbətən aktivləşdirilməsi formasında da həll etmək olar. Həmçinin, vətəndaşlar arasında güclü maarifləndirmə işləri aparılmalıdır. İnsanlar bilməlidirlər ki, vergidən yayınma halları olarsa, onları nə gözləyə bilər. Bizdə olan məlumata əsasən, deyə bilərəm ki, müvafiq hüquq-mühafizə idarələri tərəfindən bu gün müqaviləsiz kirayə verilən evlərin reyestri aparılmır. Reyestr aparılsaydı, həmin şəxslər vergiyə cəlb olunardı. Reyestr aparılması üçün müvafiq struktur təminatlandırılması aparılmalıdır. Qeyd edim ki, bu gün sahə müvəkkillərinə müqaviləsiz kirayə verilən evlərin siyahıya alınması tapşırılıb". 






Sizin Reklam Yeriniz