Binəqədi rayonu kollektivi 22 İyul- “Milli Mətbuat Günü” münasibəti ilə Azərbaycan Televiziyası və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil edib.
Movqe.az xəbər verir ki, 22 iyul–Milli Mətbuat günü münasibəti ilə Azərbaycan Televiziyası və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil edilərək onların kollektivləri təbrik edilib. Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəisi Rauf Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov və Binəqədi rayonunun fəal gəncləri iştirak edib.
Aygün Əliyeva hər iki qurumun kollektivini 22 iyul–Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə təbrik edib, mətbuatın cəmiyyət həyatının, tarixi proseslərin aynası, milli düşüncənin, mənəvi dünyamızın təbliğini həyata keçirən ən aparıcı qüvvə olduğunu bildirib.
Görüş zamanı hər iki mətbuat orqanında kollektivin və gənclərin iştirakı ilə rəmzi tort kəsilib.