Binəqədi rayonunda əhaliyə tibbi ləvazimatlar paylanılıb
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində M.Ə.Rəsulzadə qəsəbəsi və S.S.Axundov küçəsində yaşayan sakinlərə tibbi dezinfeksiya məshulları, qoruyucu maskalar və əlcəklərin paylanılması işləri həyata keçirilib.
Eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın ,müxtəlif şəxslərlə kontaktda olarkən qoruyucu tibbi maskadan istifadə etməyin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılıb