Əlaqə Arxiv
news Image
2020.06.08
17:37
| A A A
Prezidentimizin tibbi maskadan istifadə etməsi hər bir vətəndaşa örnəkdir

Bəşər tarixində görünməmiş, dünyanı lərzəyə salan COVİD 19 pandemiyası aylardır ki, öz mənfi təsirini göstərir və göstərməkdə davam edir. Belə bir xəstəlikdən qorunma vasitəsi ilk növbədə fərdilikdən başlayır. Hər bir şəxs bu çətin və məsuliyyətli məqamda öz üzərinə düşən vəzifəni yerinə yetirməklə cəmiyyətə, dövlətə və eyni zamanda bəşəriyyətə öz tövhəsini vermiş olar. Nə qədər az təmasda olub, lazımi məsafəni saxlasaq, özümüzü qorumaqla bərabər qarşımızdakı insanları da fəlakətdən xilas etmiş olarıq.

Bu səbəbdən də dövlətimiz tərəfindən, baş verən və davam edən təhlükəyə qarşı görülən işlər, Nazirlər Kabinəti Yanında operativ Qərargahın tövsiyyələri ölkə vətəndaşlarının sağlamlığı naminə atılan addımlardır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük müdrikliklə verdiyi qərarlar yerinə yetirilir və bu istiqamətdə verilən qərarların icrası istiqamətində işlər aparılır.

Təssüflər olsun ki, bəzi hallarda sağlamlığımız üçün atılan addımlar bəzi kəslər tərəfindən pozulur və bu özlüyündə virusun yayılma tempinin artmasına səbəb ola bilir.

Tibbi maskalardan istifadə, dizinfeksiya məhsullarının ticarət müəssisələrində, ictimai yerlərdə istifadə olunması üçün təbliğat vasitələrindən faydalanmaq günümüzün ən aktual problemidir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini yaymaq, ağır pandemiyanın fəsadlarını minimuma endirmək, səhiyyə işçilərinin üzərinə düşən çətin məsuliyyətlərdən biridir.

Xüsisi karantin rejimi dövründə, Nazirlər Kabinəti Yanında olan operativ Qərargahla bərabər, TƏBİB-in gördüyü təxirə salınmaz işlər gücləndirilmiş rejimdə olan xüsusiizolyasiyalı təkmilləşdirilmiş xəstəxanalar, o cümlədən yeni modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi Azərbaycan dövlətinin gördüyü ən örnək tədbirlərdən biridir.

Bu baxımdan Korona virus (COVİD-19) xəstəliyindən qorunmaq üçün qısa bir zamanda ölkəmizdə maska istehsalı, dizinfeksiya məhlulu olan etil spirtinin kütləvi istehsalı hər bir ölkə vətəndaşı tərəfindən alqışlanır.

İnsanların sağlamlığı naminə karantin rejiminin tətbiqi zamanı həyat tərzimizdə məhdudiyyətlər olsada, görülən hər bir tədbir, çərçivə daxilində olan

hərəkət, yayılacaq kütləvi yoluxma miqyasını kiçiltmək, eyni zamanda xəstə sayını minimum səviyyədə saxlamaq məqsədi güdür.

Ölkə daxili yoluxma sayının artması heçdə gələcəkdə baş verəcək çətinliyin, yaşamaq uğrunda mübarizə həddinə gəlməsinə şübhə yaratmır.

Əslində hər bir şəxs sağlamlığı naminə, bu mübarizənin ən fəal iştirakçısı olmalıdır. Son günlərdə dövlət başçısı, Prezidenti cənab İlham Əliyevin ölkəmizin bölgələrinə səfəri zamanı tibbi maskadan istifadə etməsi, hər kəsi daha diqqətli olmağa çağırış, eyni zamanda hər bir vətəndəşa örnəkdir.

Hər bir vətəndaş da bu təşəbbüsü özünə əsas örnək bilməli, ölkə başçısının göstəriş, tövsiyyə və addımlarına uyğun davranmalıdır.

Əslində bəşəriyyət üçün mövcud olan bu təhlükə qaçılmaz olsada, hər bir insan özünü, doğmalarını və insan övladını qorumalıdır. Bu yerdə Azərbaycanın sevimli şairi Osman Sarıvəllinin bu misrası yada düşür

“Hər kəs 100 il yaşamasa,

Günah onun özündədir”

Bəli, hər kəs bu qorxulu vara-dövlətə, imkanlıya-kasıba, Karona virus kabusundan qorunmaq üçün səfərbər olmalıdır!

Səhiyyə işçiləri olaraq, xalqımızdan tövsiyyə olunan normalara riyaət etmələrini, öz və yaxınlarının sağlamlığı baxımdan gigyenik qaydalara daima riayət etmələrini xahiş edirəm.

Hər kəs öz məsuliyyətini dərk edərsə doğma Azərbaycanı, bəşəriyyəti qorumuş olar.

Böyük Allah kainatı-bəşəriyyəti, Azərbaycanı qorusun.

Məlahət İbrahimova, Binəqədi rayonu 11 saylı uşaq poliklinikasının Baş həkimi

Sizin Reklam Yeriniz