Azər Allahverənov: "Şübhəsiz ki, bununla bağlı müəyyən narazıçılıqlar olacaq"
Şimal qonşumuzun miqrasiya sahəsində həyata keçirdiyi siyasət Rusiyanın artıq ölkəyə daha çox yüksəkixtisaslı əcnəbi işçilərin gəlişində maraqlı olduğunu göstərir. Elə bu səbəbdən Kreml miqrantlarla bağlı əmək vizası tətbiq etməyə hazırlaşır. təbii ki, bu vəziyyət iş üçün Rusiyaya üz tutan soydaşlarımıza da təsir edəcək.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Mövqe.az-a açıqlamasınad məsələni belə şərh edir: "İndi bizim vətəndaşlardan Rusiyaya gedən miqrantların sayı elə də çox deyil. Rusiyaya gedənlər əvvəlki illərdə gediblər. Əmək vizası ilə bağlı Rusiyanın tətbiq etməyə hazırlaşdığı qanunn da geriyə qüvvəsi yoxdur. Yəni, bu qanun bundan sonra Rusiyaya gedən miqrantlara şamil olunacaq. Mən hesaab edirəm ki, bu, Azərbaycana və Azərbaycandan gedən miqrantlara ciddi təsir etməyəcək. Rusiya Federasiyası bunu Orta Asiya və Çindən gələn miqrantların qarşısını almaq üçün tətbiq edib. Bu qanun Azərbaycandan gedən miqrantlara şamil olunsa da, təsir göstərməyəcək".
Miqrasiya eksperti Azər Allahverənov isə bildirir: " Şübhəsiz ki, bununla bağlı müəyyən narazıçılıqlar olacaqdır. Miqrant vizası hələ öz ölkəndə ola-ola Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq istəyini bildirir və Rusiyada hansısa iş verən qurumla əlaqə yaradır, əmək münasibətlərini hüquqi müstəvidə həll edir. Həmin şirkət o insan üçün əmək vizasının alınmasında köməklik göstərir və buna maraqlı olur. Əgər bu sistemlə baxsaq, əsasən Orta Asiya respublikalarından olan insanlar, xüsusən də Tacikistandan olan insanları bunun daha çox ilgiləndirdiyini görərəik. Təxminən 600 minə qədər Tacikistandan miqrant Rusiyada əmək fəaliyyəti ilə məşğul olur. Rusiyaya göndərilməzdən əvvəl Tacikistanda olarkən onlar əmək müqaviləsi bağlayırlar. Yəni belə deyək, bu haradasa dövlət səviyyəsində həll olan bir məsələdir ki, Tacikistanda olan potensial miqrant Rusiyada əmək fəaliyyəti ilə məşğul olur. Həmin miqrantla əmək müqaviləsi bağlanır və burda dil kursları keçir, hətta ixtisasını artırmaq üçün təlimlər keçir və s. bu səpkili məsələlərlə məşğul olur. Bundan sonra o gedib Rusiyada əməkçi miqrant kimi çalışır. Qazaxıstandan və Özbəkistandan da bu tip insanlar var. Amma Azərbaycandan insanların əksəriyyəti Rusiyaya gedirlər, ora miqrant kartı ilə daxil olurlar, 90 gün ərzində orda yaşayırlar. Bu da onların bura şəxsi məqsədləri üçün gəldiyini sübut edir. Əksəriyyəti də öz bizneslərinin kənardan idarə edirlər. Amma müəyyən bir qisim var ki, bu qisim insanlar (təxminən 200 minə yaxın sayda) Rusiyada qanuni şəkildə əmək ticarəti ilə məşğul olurlar, əmək müqaviləsi bağlayırlar və əmək münasibətlərini qanuni şəkildə qururlar. Bunlar hal-hazırda Rusiyada yaşayırlar və Rusiyada əmək fəaliyyəti ilə məşğuldurlar. Miqrant vizası əməkçi miqrant kimi o şəxslərə tətbiq olunur ki, hansi ki, Rusiyada əmək fəaliyyəti məşğul olurlar. Azərbaycandan gedən miqrantların əksəriyyəti orda əməkçi miqrant kimi qeydiyyata düşmürlər. Əmək fəaliyyəti ilə qeyri-rəsmi şəkildə məşğul olurlar. Kimisi biznesini kənardan idarə edir, kimisi biznesini qanunsuz qurur və s. Təbii ki, belə insanlara miqrant vizası lazim deyil. Amma bir qisim insan var ki, onlara bu viza lazımdır".
Ekspert Rusiyanın miqrantlara əmək vizası tətbiq etdiyi üçün yarana biləcək narahatlıqlar kim bunları qeyd edir: "Bəli, müəyyən narahatçılıqlar yaşanacaq. Məsələn, vizalar ola bilsin ki, verilməyə bilər. Və ya müddətlər göstərilməyə və ya az göstərilə bilər. Vizanın vaxtı bitəndə həmin şəxs ölkəni tərk etmək məcburiyyətində qalacaqdır və s. bu kimi problemlər yaşanacaq. Əlavə olaraq qeyd edim ki, vizanın alınması, iş verən qurumun bu vizanı düzəltməsi, müvafiq sənədlərin toplanması və s. kimi problemlər ortaya çıxacaq. Yəni bir çox məsələlər var ki, hansı ki, insanlar onları Azərbaycanda həll etməlidir ki, gedib xaricdə əmək fəaliyyəti ilə məşğul ola bilsin. Bu baxımdan müəyyən narahatçılıqlar olacaqdır. Əlavə prosedurlardan keçməyə görə müxtəlif əngəllər olacaq. Amma bu Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən insanların və ya orda əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan miqrantlarının sayının azalmasına gətirib çıxarmayacaqdır".