Heydər Əliyev prospektinin "Şəfa" stadionu ərazisindəki sahəsi avtomobillərin hərəkəti üçün açılıb
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Mürsəliyev qeyd edib ki, tikinti işləri yekunlaşdığından sürücülər artıq Müzəffər Nərimanov küçəsindən 5-ci Köndələn küçəsi, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edə biləcəklər: "Artıq ərazidən ağır texnika çıxarılıb. Hazırda yol tam açıqdır".
Qedy edək ki, Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci Köndələn küçələri ilə kəsişməsində yeni yeraltı tunel və piyada keçidinin tikintisi aparıldığından qeyd edilən ərazidə hərəkət qismən məhdudlaşdırılmışdı və nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə uzun tıxaclar yaranırdı.