Əlaqə Arxiv
news Image
2013.08.05
15:57
| A A A
Ramazanda marşrutlar pulsuz xidmət edəcək - Siyahı

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibəti ilə sosial aksiyaya start verib. 

Ramazan bayramının ilk günü kimi 8 avqust saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat xidmətləri pulsuz olacaqdır. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.

Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək.

Bu aksiya ilk dəfə olaraq Nəqliyyatı Intellektual Idarəetmə Mərkəzi tərəfindən həyata keçirilib. Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir. Qeyd edək ki, NİİM-in bu təşəbbüsünü "Transqeyt" MMC və "Çinar Trans" MMC dəstəkləyərək aksiyaya qoşulub.

Sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər:


-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-,202


Yaranan hər hansı məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 saylı qaynar xəttinə müraciət edə bilərsiniz.


2011-ci ildə fəaliyyətə başlayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin başlıca məqsədi paytaxtımızda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.


Sizin Reklam Yeriniz