Türkiyədə koronavirusdan sağalanların sayı 275 min nəfəri ötüb
Türkiyədə son 24 saat ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Mövqe.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 997 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 467 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 314 433 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 116 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 275 630 nəfər təşkil edir.