Əlaqə Arxiv
news Image
2020.10.20
10:45
| A A A
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!

Ermənistan dövlətinin hər zaman ən yaxşı bacardığı iş işğalçılıq,terrorizm başqasının malına göz dikmək və s.olmuşdur.Vaxtilə Azərbaycanın Qarabağ kimi ayrılmaz bir hissəsini bizdən vəhşicəsinə alan Ermənistan bugün o vəhşiliklərinin cəzasını çəkir. 30ilə yaxındır ki, doğma Qarabağına həsrət qalan Azərbaycan artıq qisasını almağa başlayıb.Azərbaycan dövləti Qarabağın son qarışını belə geri almadan rahat durmayacaq.
Azərbaycan hər zaman olduğu kimi bu dəfədə mərdliklə, şərəflə vuruşur. Bizim müharibəmiz cəbhə bölgəsində gedir. Biz şərəfsiz Ermənistan dövləti kimi mülkü əhalini hədəf almırıq. Ermənistan isə keçmişdə etdiyi kimi bu gün də dinc əhalidən əl çəkmir onların evini,yurdunu talan edir,günahsız insanların canına qıyır, körpələrimizi qətlə yetirir,anaları ağlar qoyur. Bizim müharibəmiz cəbhə bölgəsində gedərkən,ermənistan bizə güc gələ bimədiyi üçün cəbhə bölgəsindən qaçır, cəbhəyə uzaq olan bir şəhəri Gəncə şəhərini və digər cəbhədənkənar bölgələrimizi hədəf alırlar. Əslində onların bu işdə məqsədi bizi də özləri kimi terroristliyə sövq etməkdir. Belə ki,onlar bizim cəbhədənkənar bölgələrimizi vurmaqla bizi daha da alovlandıraraq İrəvanı hədəf almağımızı istəyir ki, onun dostu, silahdaşı olan Rusiya dövləti bu işə rahatca qarışa bilib hərbi texnika ilə Ermənistanı təmin edə bilsin. Amma onlar bir şeyi unudurlar ki, biz onlardan fərqli olaraq mərdik, şərəfliyik, mübarizik. Biz nə olursa olsun dinc əhalini hədəf almarıq. Körpə uşaqlara qıymarıq. Çünki biz terrorist deyilik.Ermənistanın isə ən gözəl bacardığı iş terrorizm siyasəti yürütməkdir.
Gecənin bir yarısı isti evində yatmış dinc əhalini bir anda dağıntılar altında qoymaq, o körpə balaları qətlə yetirmək, anaları ağlar, balaları yetim qoymaq...
Bu cür  sarsıdıcı bir məqamda belə cənab Prezidentimiz İlham Əliyev bu amansız faciəni bir anlıq kənara qoyub yenə də xalqını düşünərək bizlərə qələbə sevincini yaşatdı. Xalqımız Gəncəyə üzülərkən Füzulinin sevincini yaşadı. Möhtərəm prezidentimiz xalqına  bir anlıqda olsun o faciənin dəhşətini  unutduraraq sevinc hissini yaşatdı. Belə bir prezident, belə bir başçı ancaq Azərbaycanın ola bilərdi. Xalqını bu qədər sevən,düşünən bir prezident var  Azərbaycanın başında. Bu xalq yenilərmi heç?Biz birbirimizin sevincinə də kədərinə də şərikik hər zaman.Bu xalq birlikdə hərşeyin öhdəsindən gələcək. Şəhidlərimizin qanını yerdə qoymayacağıq.Onsuzda anaların,körpələrin ahı o mənfur düşmənləri tutacaq.O gözyaşlarının qisası alınacaq.Məhv olan həyatların,alınan canların qanı bahasına bizdə onların canlarını alacağıq amma cəbhə bölgəsində. Bizim güclü Ali Baş Komandanımız,şanlı ordumuz,yenilməz əsgərlərimiz və hər zaman bizə dəstək olan qardaşlarımız var. Bizim olanı geri almadan bu savaş bitməyəcək.Ya özləri torpaqlarımızdan rədd olub gedəcəklər ya da biz onları qovacağıq.
Əvvəl axır Qarabağın hər qarışı düşmən tapdağından qurtulub,azad olacaq. Xalqımız Qarabağın guşələrində məskən salacaq. Xoşbəxt,firavan bir həyat bizi gözləyir.Xalqımız hər zaman bir yumruq kimi həmrəy olub Ali baş komandanımızın yanındadır. Biz bu çətin günlərin öhdəsindən birlikdə gələcəyik. Biz birlikdə güclüyük. Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!!

İbadova Günay
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi 

Sizin Reklam Yeriniz