Azərbaycan ordusunun qələbə salnaməsi Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalidir. Emənistanın törətdiyi bu vəhşiliklər ,hərbi cinayət sivil dünyanın qəzəbinə səbəb olmalidır. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb.Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub. Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini sübut edir. Bütün sivil dünya qüvvələri Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sığmayan əməllərinin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini balistik raket atəşinə tutub. Cəbhə xəttindən cox uzaqda yerləşən Gəncə şəhərinə sayca 3-cü dəhşətli hücüm ciddi sayda mülki insanların ölməsinə səbəb oldu.14 şəxs,o cümlədən 2 uşaq həyatını itirib,55-dən cox insan ciddi xəsarət alaraq yaralanmışlar.Baş verənlər Azərbaycana,insanlığa qarşı cinayətdir. Biz bilirik ki, Şuşada və Qarabağın digər şəhərlərində Livandan,habelə ,başqa ölkələrdən gətirilən ermənilər döyüşür.Bu özü hərbi cinayətdir və Cenevrə Konvensiyasına ziddir.
Bu 30 il ərzində işğal olunmuş ərazilərimiz erməni vəhşilərinin əlində qalmış və amansızcasına dağıdılmışdır.Bütün binalar və dini abidələrimiz sökülüb. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki,onlar həqiqəti dərk edirlər və bu cinayətdə iştirak etmək istəmirlər.Erməni xalqı öz cinayətkar başçılarını məsuliyyətə cəlb edəcəklər. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhtəsindən gələ bildi.Böyük peşəkarliq, məharət ,şücaət nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qisasını mülki əhalidən götürmür. Heç bir təhdid,heç bir hədə bizim iradəmizə təsir edə bilməz.
Mətanət Ramazanova
Nəsimi rayon Təhsil işçisi