Əlaqə Arxiv
news Image
2020.10.22
09:57
| A A A
Ordumuz tarix yazmağa davam edir

Azərbaycanın hərbi ordusu ermənistanın hərbi qoşunlarını məğlubiyyət uğradmağa davam edir.Eyni zamanda Cənab İlham Əliyev  işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində  hərbi,siyasi mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmağa davam etdirir. 20 Oktyabrda Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə vermişdir. Ölkə başçımız müsahibə zamanı düşmənin hələ də bədniyyətli planlarından əl çəkmədiyini,sülh yolu ilə torpaqların qaytarılmasını istəməməsini və öz vətəndaşlarını ,əsgərlərini müharibəyə cəlb etməsini bildirmişdir.İlk növbədə Ermənistan üzərinə düşən beynəlxalq qətnamələri,qanunları pozaraq işğalçı siyasətini davam etdirir.Düşmən tərəfi Moskvada qəbul olunmuş humanitar atəş rejimini qısa müddət ərzində pozaraq beynəlxalq qərarlara necə məsuliyyətsiz yanaşdığını bir daha göstərdi .Xüsusilə ermənistanın döyüş bölgəsindən uzaqda  yerləşən Gəncə şəhərinə 2 dəfə raket atəşinə məruz qoyması və mülki insanların qəsdən öldürülməsi düşmənin faşistliyini bir daha hər kəsə gostərdi lakin, Düşməndən fərqli olaraq biz danışıqlar prosesinə ,sülh prosesinə sadiqliyimizi bir daha sübut etdik. 
             Baxmayaraq ki ,biz döyüş meydanında öz gücümüzü layiqli şəkildə göstəririk ancaq sülh yolu bizim üçün əsas prioritetlərdəndir. Azərbaycan ordusu status-kvonu dəyişdirdi və artıq şərtləri bizim təyin etdiyimizi hər kəsə göstərdik. Azərbaycan ordusunun heç bir xarici hərbi ordu dəstəyinə ehtiyacı olmamışdır .Azərbaycan ordusunda yalnız Azərbaycan vətəndaşı olan əsgərlər xidmət göstərir lakin,bu həqiqətləri təkzib edən Ermənistan, Rusiya və Fransa heç bir fakt göstərə bilməyərək əsassız iddialar irəli sürmüşdür. Şanlı ordumuz döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir beləliklə, çox sayda düşmənin hərbi texnikaları, canlı qüvvəsi ordumuz tərəfindən məhv edilir və yaxud qənimət olaraq ələ keçirilir. Düşmənin bu qədər hərbi texnikalara sahib olması hər kəsdə müəyyən şübhələr doğurur və xarici ölkələrdən ermənistana hərbi yardımların olunmasını təsdiqləyir. Xüsusilədə qonşu ölkələrin Ermənistanla sərhədi bağlaması nəticəsində artıq düşmən qaçaqmalçılıq yolu ilə hərbi vasitələrin daşınmasını həyata keçirir .Minsk qrupunun bu münaqişənin həll olunmasında qərarlar qəbul etmiş, təkliflər irəli sürmüşdür ,lakin Ermənistan tərəfi məsuliyyətsiz yanaşmışdır. Xüsusəndə Paşinyanın ölkəni idarə etməsindən sonra bu münaqişənin diplomatik yolla həllinə son qoyuldu və ölkəsini dərin uçuruma aparmağa başladı .Rusiya və Azərbaycan arasında münasibətlər hər zaman qorunur və inkişaf etdirilir.Ruaiyanın regionda mövqeyi böyükdür .Vətən torpaqlarımızın işğalçılardan təmizlənməsi uğrunda mübarizəmidə bizi heç kəs dayandıra bilməyəcək.

Zidan Həsənli
Nəsimi RİH könüllüsü 

Sizin Reklam Yeriniz