Əlaqə Arxiv
news Image
2020.10.22
12:15
| A A A
Azərbaycan ordusunun qələbə marşı davam edir!

Bu gün qüdrətli Azərbaycan ordusu tarix yazır. Bəli, igid, qorxmaz, şücaətli Vətən oğulları doğma torpaqlarını düşmən əsarətindən azad etmək yolunda böyük hünər göstərirlər. Son günlərdə biz bunun canlı şahidi oluruq və əminliklə deyə bilərik ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olacaq, Azərbaycanın ərazi bütövlüyü bərqərar olacaq. Prezident İlham Əliyev 21 oktyabr tarixli xalqa müraciətində Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad edildiyini deyərək qısa müddət ərzində Azərbaycan ordusunun gücünü bütün dünyaya sübut etmiş oldu. “Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır.” bu fikirləri Cənab Prezident öz çıxışında səsləndirmişdi. 
Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Hərb meydanında ağır itkilərlə üzləşən Ermənistan hökuməti öz məğlubiyyətini dinc əhaliyə qarşı hücuma keçməklə ört-basdır etməyə çalışdı. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayətdir. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Bu insanlığa sığan bir hərəkət deyil. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyin sonunu yaxınlaşdırır. 
Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq olaraq var gücüylə dövlətə, orduya öz mənəvi dəstəyini nümayiş etdirmişdi. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. 
Fehruzzadə Xatirə
Nəsimi rayon təhsil işçisi 

 

Sizin Reklam Yeriniz