İki keçmiş sovet respublikası arasında Dağlıq Qarabağ münasibətləri 1991-ci ildən bəri gərgin olaraq qalırdı və buna son qoyacaq o gün, sentyabrın 27-sində başlayan qalibiyyət müdafiəsi oldu. 44 gün ərzində 3 dəfə atəşkəs elan edilib, qarşılıqlı müqavilə imzalanmasına baxmayaraq, Ermənistan hər 3-də atəşkəsi pozmuşdur. Dəfələrlə mülki şəxslərə, habelə yaşayış obyektlərinə hücm edib, 100-dən çox silahsız əhalinin ölümünə səbəb olan ağır artilleriya silahlarından istifadə edərək öz terrorizm siyasətini dünyaya açıq şəkildə bildirmişdir. 2020-ci ilin oktyabrında davam eden döyüşlərdə Ermənistan Qarabağdan yüzlərlə kilometr uzaqda olan Azərbaycanın Gəncə, Mingəçevir, Xızı şəhərlərinə və Abşeron rayonuna raket hücumları etmişdir. Bu hadisə öz əksini dünyada bir cinayət kimi tapacaqdır. Paşinyan bir müharibə cinayətkarıdır və o yüzlərlə günahsız sivil əhalinin ölümünə səbəb olmuşdur. Ümumilikdə, 30 ildir ki, Azərbaycan ərazilərinin təxminən 20 faizi qanunsuz erməni işğalı altında idi.
Ermənistanın Baş naziri Nikol Paşinyan, işğal olunmuş Qarabağda etdiyi qanunsuz siyasətə və işğalçılığa son qoymaq üçün Azərbaycan və Rusiya ilə müqavilə imzalayaraq məğlub olduğunu etiraf etdi. Noyabr ayının 11-inin erkən saatlarında Paşinyan situasyanı etiraf edərək müqaviləni imzaladığını Facebook hesabında elan etdi. Döyüşlər ərzində qərarsız mövqe tutub, öz ölkəsinə belə uydurulmuş informasya yayaraq Azərbaycanın üzərində üstünlükləri olduğunu yaymağa çalışan Ermənistanın bu siyasəti əks təsir göstərmişdir və daha da agresiv nəticələrə yol açmışdır. Paşinyanın bu açıqlamasından sonra Ermənistanda etiraz nümayişləri başladı. Etirazçıların bəziləri paytaxt Yerevanda hökumət binasının qarşısına toplaşıb, şüşələri sındıraraq Paşinyana qarşı şüarlar səsləndirdilər və digərləri isə içəri daxil olaraq onu istefaya çağırdılar. Bundan əlavə yerli mediada parlament spikeri Ararat Mirzoyanın hücuma məruz qaldığı və döyüldüyü bildirilir.
Azərbaycanın paytaxtı Bakı o gecə minlərlə insanın həm Azərbaycan, həm də Türkiyə bayraqlarını daşıdığı coşğulu qeyd etmələrinə və xalqın birliyinə şahid oldu. Azərbaycan Prezidenti Cənab İlham Əliyev imzalanan atəşkəs razılaşmasının Ermənistanın açıq məğlubiyyətini göstərdiyini və 27 sentyabrdan başlanan torpaqlarımızın bütövlüyü uğrunda olan müharibənin 300-dən çox yaşayış məntəqəsinin alınması onlara sarsıdıcı zərbə olduğunu da xalqa müraciətində vurğulamışdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayır və abadlıq işləri görərək bənzərsiz arxitekturaya sahib binalar və abidələr tikir və bu siyasətini o, azad edilmiş torpaqlarımızda da davam etdirəcək. Qarabağ tarixini Azərbaycan xalqı olaraq mükəmməl bilirik. Son illərdə bu tarixin dünya ictimaiyyətinə çatdırılması üçün çox işlər görülmüşdür. Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində dünya ölkələrinin Azərbaycan haqqında olan bilikləri limitli sayda idi. Bir çox ölkədə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgə tarixi, həm də münaqişə tarixi haqqında yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə təhrif olunmuş informasya yayaraq öz əsas mənafelərini gizlətdilər. Lakin Azərbaycan xalqı olaraq hər birimiz bu yalanların iç üzünü dünyaya çatdırdıq və çatdırmağa da davam edəcəyik. Ermənistan öz niyyətinə yiyələnməsinə icazə verməyəcəyik. Dövr birlik dövrüdür. Halhazırda Qarabağda olan bütün tarixi ərazilərimiz artıq Azərbaycan ordusunun nəzarəti altındadır. Bu uğuru bizə yaşadan əsgərlərimizə və zabitlərimizə , Cənab Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib minnətdarlığımızı bildirir, canını fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Nəsimi RİH könüllüsü
Adgözəlli Səbinə