Əlaqə Arxiv
news Image
2020.11.14
21:57
| A A A
Vətənimiz Azərbaycan, torpağımız Qarabağ!

Baş verən Qarabağ müharibəsinin sonu gözlənilən oldu, cəbhədə öz hakimiyyəti ilə önə keçən Azərbaycan ordusu sonunda qələbə qazandı, 44 günlük müharibənin sonunda Ermənistanı kaptulyasiyası imzalamağa məcbur etdik. Bu 44 gün ərzində 300-ə yaxın kənd 5 şəhər 4 qəsəbə və eyni zamanda çoxsaylı strateji yüksəkliklər azad edildi.30 illik danışıqlar prosesi zamanında Ermənistan yalnız öz maraqlarını təmin etməyə çalışırdı, hətta keçmiş Şaumyan indiki Goranboy rayonunun bir hissəsinin Ermənistana verilməsini tələb edirdi.

Ancaq Azərbaycan prezdenti tam bir reallıq yaratdı. Şuşa şəhəridə daxil olmaqla Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycanın nəzarətindədir. Azərbaycan, Rusiya və Ermənistan başçılarının birgə imzaladığı Ermənistanın kaptulyasiya aktı Ermənistanın nə qədər çarəsiz qaldığına sübutdur, Ermənistan hakimiyyəti Kəlbəcər, Laçın və Ağdamı şərtsiz tərk edir.
Noyabrın 15-i Kəlbəcər, 20-i Ağdam, dekabrn 1-i isə Laçın rayonu Azərbaycana təhvil verilir. Eyni zamanda Qazaxın 1990-cı illərin əvvələrində işğal edilmiş kəndləri də işğaldan azad edilir. Erməni sosial şəbəkələri Naxçıvanın 1990-cı illərdə işğal olunan Kərki kəndinində azad olunacağını bildirir. Ümumilikdə cəbhədə qazandığımız qələbələr bizə siyasi qələbəni gətirdi, bu belədə olmalı idi Prezdent İlham Əliyevin dediyi kimi "Heçbir qüvvə bizim qarşımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz" belədə oldu biz doğru bildiyimiz yoldan gedərək isdəyimizə nail olduq.
Azərbaycanın qələbəsi Ermənistanı içdən-içə çökəltmişdir. Hal-hazırdakı Ermənistandakı vəziyyət 1992-1993 -cü illərdəki Azərbaycanı xatırladır. İdarçilikdə naşı, səriştəsiz, qeyri-peşakar şəxslərin olması ölkəni böhrana sürükləyir. Baş nazirin evinin qarət edilməsi şəxsi əşyalarının və sənədlərinim dağıdılması oğurlanması, Parlament sədri Ararat Mirzoyanın qəddarca döyülməsi bunlar hamısı Ermənistanın daxilinin necə bir vəziyyətdə olmasına sübutdur.

Müharibə zamanı Azərbaycana qarşı bəzi beynəlxalq təyziqlər də oldu. Bunların başında da Fransa dayanırdı, Fransa prezdenti Macron dəfələrlə Azərbaycan Respublikasının prezdenti İlham Əliyevə zənglər edərək müharibənin hərbi yolu olmadığı deyirdi, Azərbaycanı müharibədən geri dönmənsini isdəyirdi, məqsəd isə Ermənistanı böhrandan qorumaq idi. Bütün dünya ölkələri bilirdiki Azərbaycan öz işğal edilən torpaqlarını geri almaq qüdrətinə sahibdir, yalnız biz 30 il ərzində Dünyanın üsdünə götürdüyü şərtləri yerinə yetirməsini gözdədik. Biz BMT-ni gözlədik verdiyi qətnamələrə əməl etməsini gözlədik, bu gözləntilərimiz bizi məqsədimizə çatdırmadı. Və bizdə öz işimizi özümüz görməyə qərar verdik. Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsini kökündən həll etdi həm də tam olarağ bizim xeyrimizə.

Müharbənin gedişində daimi mənəvi dəsdəyi ilə yanımızda olan qardaş Türkiyə xalqına və Prezdent RecepTayyip Ərdoğana təşəkkürlərimizi bildiririk. Türkiyənin qəti mövqeyi bir çoxlarının hadisəyə müdaxilə cəhdlərni alt üsd etmişdir. Bu münaqişə zamanı Rusiya neytral mövqe gösdərərək tərəflərin razılığa gəlməsində böyük rol oynamışdır,eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Və Rusiya arasında əlaqələr yüksək səviyyədə inkişaf edib və etməkdədi.

Ümumilikdə bu Qarabağ müharibəsi dünyaya Azərbaycan ordusunun gücünü gösdərdi Prezdent Ordu və Xalq bütün dünyaya Azərbaycanın heçvaxd torpaqlarnın işğalı ilə barışa bilməyəcəyini göstərdi. Qarabağ Azərbaycandır.

 

Səlimov Fərid 

Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi

Sizin Reklam Yeriniz