Əlaqə Arxiv
news Image
2020.11.14
12:32
| A A A
Azərbaycan xalqı öz yurduna geri qayıdır

44 günlük müharibə  Azərbaycan dövlətinin tam qələbəsilə başa çatmışdır. Nəticə etibarilə Ermənistan ordusu darmadağın edilmiş və düşmənin bir sıra hərbi texnikaları məhv edilmişdir.

      30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. 30 illik sülh prosesində Ermənistan maraqlarına uyğun qərarlar alınırdı. Sonda isə Azərbaycan dövləti qalib gəldi.

     Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir gedən mübarizədə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

     Hazırda Ermənistan dövləti  1992-1993-cü illərdəki Azərbaycanın vəziyətini xatırladır. Daxili vəziyyəti isə olduqca bərbaddır. İdarəçilikdə səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir.  Hazırda həmin dövlətdə vətəndaş müharibəsi baş verir.

     Ermənistan dövləti eyni zamanda xarici siyasətdə iflasa uğradıqlarını anlayırlar. Özlərinə ən yaxın bildikləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib. Biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa vermişdir.

     Bütün bunlara baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının işğalı planı tamamilə alt-üst olmuşdur.  Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Xalqımız öz doğma yurduna geri  qayıdır.

     Bu qələbə nəticəsində bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmamış və gec-tez öz amalına qovuşmuşdur.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Biz Azərbaycan xalqı olaraq Prezidentimizlə fəxr edir və onun göstərdiyi şücaətə görə dərin minnətdarlığımızı bildiririk.

 

Əliyeva Zenfira

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

Sizin Reklam Yeriniz