Əlaqə Arxiv
news Image
2012.05.16
17:44
| A A A
Görmə qabiliyyəti əməliyyatsızda düzəlir

Statistikaya əsasən kompyüterdən istifadə edənlərin görmə qabiliyyəti zamanla pisləşir.

Bu səbəbdən də, insanlar əməliyyata üz tuturlar. Lakin əməliyyatsızda görmə qabiliyyətini düzəltmək mümkündür.

Bu haqda Movqe.Az-a həkim-oftamatoloq Paşa Qəlbinur xəbər verdi:

"Düzgün qidalanmaq nəyin ki, görmə qabiliyyətini düzəldir, hətda elə insanlarda var ki, eynək taxtıqları halda ondan azad olurlar.

Göz üçün ən xeyirlisi qaragilədir. Qaragilə gözün tor qişasının yenilənməsində yardımçı olur.

Qaragilədən mütəmaddi olaraq istifadə edənlərdə, göz yorğunluğu azalır və görmə qabiliyyəti itiləşir. Bunun səbəbi isə qaragilənin tərkibində olan antioksidantlardır. Onlar qoruyucu vasitə kimi, gecə vaxtı görməyi dahada gücləndirirlər.

Qaragiləni digər vitaminlərlə kompleks şəklində qəbul etmək daha xeyirlidir. Misal üçün A, E və C vitamini. Qeyd edim ki, A vitamini qaragilədən sonra göz üçün ikinci xeyirli vitamindir.

Gözlərin sağlamlığı üçün, həmçinində C və E vitaminləri olduqca faydalıdırlar", - Paşa Qəlbinur dedi.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz