Əlaqə Arxiv
news Image
2013.09.03
15:40
| A A A
Zakir Qaralov Ağcabədidə vətəndaşları qəbul edəcək

Baş Prokuror vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Baş prokuror Zakir Qaralovun qəbulu sentyabrın 13-də saat 11:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbulda Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağcabədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

 

Sizin Reklam Yeriniz