Əlaqə Arxiv
news Image
2021.07.30
10:01
| A A A
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Şirkət qardaş ölkədə rominqdə olan abunəçilərinin nömrələrinin balansını təmənnasız şəkildə artırıb

Türkiyənin müxtəlif şəhərlərində baş vermiş meşə yanğınları nəticəsində yaranan narahatlığı nəzərə alaraq, Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinə xüsusi diqqətlə yanaşıb. Belə ki, hazırda Türkiyədə olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 10 AZN məbləğində pul vəsaiti yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.

Qeyd edək ki, üç gün əvvəl başlayan meşə yanğınları artıq Türkiyənin 20-dən çox vilayətini, xüsusilə də kurort bölgələrini bürüyüb. Hələ də davam edən yanğınlar nəticəsində həlak olanlar, xəsarət alanlar var.

Azercell şirkəti bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Ən qısa zamanda yanğının qarşısının alınmasını və hadisənin fəsadlarının aradan qaldırılmasını arzulayır.

Sizin Reklam Yeriniz