Əlaqə Arxiv
news Image
2022.05.06
14:27
| A A A
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Azərsun Holdinq” arasında imzalanmış memorandum kənd təsərrüfatı istehsalı və dəyər zəncirinin inkişafı, ekoloji kənd təsərrüfatı və ekoloji mühafizə, aqrar məsləhət xidmətləri kimi sahələrdə birgə əməkdaşlıq və ortaq fəaliyyətlərin həyata keçirilməsini hədəfləyir.

Memorandum çərçivəsində daha səmərəli, inkluziv və dahadayanıqlı aqro-ərzaq sistemlərinə keçid məqsədi ilə təbii sərvətlərin səmərəli istifadəsinin təmin olunması və iqlim dəyişikliklərinə uyğunlaşmağa dəstək olacaq yeni yanaşmalar, texnologiya və innovasiyaların öyrənilməsi üzrə əməkdaşlıqplanlaşdırılır. Əməkdaşlıq memorandumunun imzalanması zamanı kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində ümumi məqsədlərə nail olmaq, həmçinin özəl sektorun qida təhlükəsizliyi və aqro-ərzaq sistemlərinin daha da inkişaf etdirilməsi işlərinə daha fəal cəlb edilməsi, bu sahədə effektiv əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üzrə bir çox fəaliyyətlərin həyata keçirilməsi müzakirə olunub.

Tədbirin açılış mərasimində FAO-nun Baş Direktor müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsiVladimir Raxmanin, “Azərsun Holdinq” Kənd Təsərrüftıməhsulları üzrə baş Direktoru Məhəmməd Gözəl, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi VladankaAndreeva, FAO-nun ölkə üzrə ofisinin rəhbəri Mələk Çakmakçıxış edərək imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıblar. 

Memorandum çərçivəsində, “heç kəs kənarda qalmasın” şüarı ilə daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və həyat üçün inklüziv və dayanıqlı qida sistemləri üzrə fəaliyyətlər planı da müzakirə olunub. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün kollektiv şəkildə göstərilən çoxtərəfli səylərin artırılmasının və innovativ həllərin tətbiq olunmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə FAO-nun və “Azərsun Holdinq”in rəhbər heyəti və mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyi,  Aqrar Xidmətlər Agentliyinin rəhbər heyəti və mütəxəssisləri, eləcə də digər qurumların nümayəndələri iştirak edib.

Sizin Reklam Yeriniz