Əlaqə Arxiv
news Image
2013.09.19
14:33
| A A A
Azərbaycanda dəmiryolu sərnişinlərini xoş sürprizlər gözləyir -Özəl

"Əsaslı təmir üçün Ukraynaya göndərilən 50 vaqondan artıq 44-ü Azərbaycana gətirilib. Həmin vaqonlarda təmirdən sonra kondisioner, kamera, bələdçinin çağırmaq üçün müasir tipli düymələr və sair kimi müasir və rahatlığı təmin edən cihazlar quraşdırılıb".

Bu sözləri Movqe.az-a açıqlamasında  "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov söyləyib. N. Əzməmmədovun sözlərinə görə, tədricən dəmiryolunun vaqon parkı yenilənir. Yaxın gələcəkdə dəmiryolundakı bütün vaqonlarda əsaslı təmir işləri aparılaraq kondisionerlər quraşdırılacaq: "Hazırda bəzi istiqamətlər üzrə hərəkət edən qatarlarda kondisoner sistemi yoxdur. Amma yaxın gələcəkdə dəmiryolunun vaqon parkının yenilənərək tamamiləm müasirləşdirilməsi nəzərdə tutulur. Hazırda bu proses gedir. Daha 6 vaqon da əsaslı təmir edilərək ölkəyə gətiriləcək".

N. Əzməmmədov təmir olunaraq ölkəmizə gətirilən vaqonların artıq beynəlxalq istiqamətdə, Bakı-Tiflis və Bakı Moskva reyslərində istifadəyə verildiyini söyləyib. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycana gətiriləcək təmir olunmuş daha 6 qatar isə  yerli reyslərə Bakı-Balakən istiqamətində istidadəyə veriləcək. N. Əzməmmədovun sözlərinə yeni təmirdən çıxmış qatarlarda sanqovşaq üçün biobaklar da quraşdırılıb. Üstəlik təmirədən çıxan qatarlar sərhəddə dayandıqda 4-5 saat müddətində vaqonlarda kondisoiner yay və qış mövsümündə işləyəcək. a

Sizin Reklam Yeriniz