Nəqliyyat naziri Şəkidə vətəndaşları qəbul edəcək
Nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə keçiriləcək.
Nazir Ziya Məmmədov sentyabrın 27-də saat 12.00-da Şəki şəhərindəki Olimpiya Kompleksində İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.