Syanqansk Tibb İnstitunun alimləri ilk dəfə olaraq, kor qadının görmə qabiliyyətini bərpa etdilər. Qeyd edək ki, bu qadın artıq 15 ildir ki, görə bilmirdi. Mütəxəsizlər qadının gözünə süni tor qişası yerləşdiriblər.
Hal-hazırda qadın onu əhatə edən əşyaları seçə bilir. Və güclədə olsa yeridiyi məkanı tanıya bilir.
Sinxua agentliyi xəbər verir ki, gözə yerlədirilən xüsusi çip, insana görmə qabiliyyətini qaytarır.
Onuda qeyd edək ki, gözlərindən cərrahi əməliyyat olan qadın, irsi olaraq xəstəliyə tutulmuşdu. Və nəticədə görmə qabiliyyətini itirmişdi.
Cərrahların sözlərinə görə, qadın müxtəlif təlimlər etməlidir ki, gözü tamamiylə düzəlsin.
Qadına olan cərrahi əməliyyat hələki eksperiment kimi dəyərləndirilir. Rəsmi olaraq bu cür əməliyyatların edilməsi, bir-iki ildən sonra həyata keçiriləcək.
Türkan Nadirqızı
Movqe.Az