Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə mayın 26-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Mayın 26-27-də Respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.