İspaniyada yoluxucu xəstəlik var
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20-yə yaxın legionellez xəstəliyindən əziyyət çəkən insan bu xəstəliyə İspaniyada Diamante Beach Spa Hotel – də yoluxublar. Onlardan dördü dünyasını dəyişib.
Məlumata görə, 22 noyabr 2011-ci ildən 22 may 2012-ci il tarixinə qədər İspaniyanın mehmanxanasında qalan 23 turist bu xəstəliyə yoluxub. Tədqiqata əsasən, bu xəstəliyə yoluxan turistlər otelin spa salonundan istifadə ediblər.
Qeyd edək ki, legionellez insan orqanizminin soyuqdəyməsinə səbəb olan, ağ ciyərlərin soyuqdəyməsi ilə nəticələnən xəstəlikdir. Bu xəstəlik sinir sistemini belə sıradan çıxarda bilir.
Türkan Nadirqızı
Movqe.Az