Əlaqə Arxiv
news Image
2014.05.02
13:36
| A A A
Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya qəbulun formatı tamamilə dəyişəcək

"2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası sistemi üzrə doktoranturaya qəbulun nəticələrini orta qiymətləndirirəm. Amma biz çalışacağıq ki, bu ilin sonundan doktoranturaya qəbulla bağlı bir sıra islahatlar aparaq. Onun formatının tamamilə dəyişmək niyyətindəyik".


Movqe.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, doktoranturaya qəbulun necə dəyişiləcəyini indi demək mümkün deyil.

 

A. Əlizadə qeyd edib ki, bunun üçün müzakirələr, təhlillər və fikir mübadiləsi aparılmalıdır: "Doktoranturada islahatlar həm qəbul imtahanının məzmunun dəyişdirilməsi, həm də qəbul planı yerlərinin azaldılması ilə bağlı olacaq. AMEA sistemi üzrə doktoranturaya qəbul planı azaldılacaq. Bu da bütün istiqamətlər üzrə olacaq. Fikrimizcə, az olsun, amma keyfiyyətli olsun".

 

AMEA prezidenti magistratura və doktoranturada oxuyan oğlanların hərbi xidmətdən möhlət hüququnun verilməsindən də danışıb. O bildirib ki, həm magistratura, həm doktoranturada oxuyan oğlanlara təhsil aldıqları müddətdə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Çünki elmimiz çətinliklərlə üzləşir. Hərbi xidmətə gedən oğlanlar elm və təhsili bir qədər unudurlar. Fasilənin yaranması isə onlara həm psixoloji, həm mənəvi cəhətdən təsir göstərir".

Sizin Reklam Yeriniz