Deputat: "Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir"
"Elmi
nəticələrin istehsalata tətbiqini elm sahəsində müasir, innovativ
yeniliklərsiz təsəvvür etmək mümkün deyil. İstedadlı işçilərin elmə
cəlb edilməsi də təqdim olunan qanun layihəsinin əsas maddələrindən
birini təşkil edir".Movqe.az xəbər
verir ki, bunu Milli Məclisin Elm Təhsil Komitəsinin sədri
Şəmsəddin Hacıyev parlamentin bu günkü iclasında "Elm haqqında"
qanun layihəsi ilə bağlı keçirilən müzakirələrdə söyləyib.
Ş.Hacıyev qeyd edib ki, Azərbaycan elmində yaşı çox olan şəxslər
gəncləri üstələyir. "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının
nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və
universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm
xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6
dəfə azdır: "30 yaşlı fəlsəfə doktorlarının sayı 30 faiz təşkil
edir. Gördüyünüz kimi, vəziyyət bir qədər təhlükəlidir. Qanun
layihəsində elmi fəaliyyətin maliyyələşməsi məsələsi çox ciddi
mərhələ kimi qarşımızda dayanıb. Biz bu məsələ ilə bağlı demək olar
ki müəyyən ortaq məxrəcə gəlmişik, ancaq hələ də müəyyən fikir
ayrılıqları mövcuddur. Deputat qeyd edib ki, "Elm haqqında" qanun
layihəsində müəllimlərin, alimlərin, elm adamlarının sosial
təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb:
"Hətta magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də
nəzərdə tutulub. Bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi
mexanizmləri də qanun layihəsində nəzərdə tutulub". Onun sözlərinə
görə, elmə çəkilən xərclərin təqribən 90 faizi dövlət büdcəsi
hesabına ödənilir: "Bu göstəriciyə görə Azərbaycan MDB məkanında
birinci yerdədir. Yəni elmə ayrılan vəsaitə görə ölkəmiz birinci
yerdə durur. "Elm haqqında" qanunu digər qanunlardan fərqləndirən
bir çox xüsusiyətlər var. Bu qanunu işləöyərkən gördük ki, hüquqi
yükü nə qədər ağırdırsa, elmi yükü də bir o qədər ağırdır".