Artıq iki gündür ki, Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbdə baş vermiş olay mətbuatın gündəmini zəbt edib. "Təmiz Dünya"İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Movqe.az-a verdiyi xəbərə görə, artıq baş verən olayla bağlı İctimai Birlik Təhsil Nazirliyinə və məhkəməyə sənədlər hazırlayır: "Bu gün Təhsil Nazirliyinə bununla bağlı müraciət edəcəyik. Baş verən hadisə mütləq Təhsil Nazirliyi tərəfindən araşdırılmalıdır. Sinif otağında şagirdi ilə videosu olduğu iddia edilən məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyeva ailəlidir. Öz həyat yoldaşı ilə gəlmişdi. Deyir ki, bu mənim adıma bir ləkədir. Ona görə də, məsələnin araşdırılması üçün məhkəməyə də müraciət edəcəyik".
M. Zeynalova sinif otağına kameranın yerləşdirilməsinin də qadağan olduğunu, gizli çəkiliş aparmağın ancaq hüquq mühafizə orqanlarında oldğunu söyləyib: "Təbii ki, valideynlər sinif otağına icazəsiz kamera yerləşdirə bilməzdilər. Bunu edibsə məktəb direktoru edib. Bu da qanunla qadağandır".
Qeyd edək ki, həmin məktəbin 11-ci sinif şagirdi Məmmədova Nəzrinin (ad,soyad şərtidi) sözlərinə görə sinif otağında ingilis dili müəlliməsi ilə onun gizli çəkilmiş videosu təqdim olunub. Şagirdin sözlərinə görə məktəbin ingilis dili müəlliməsi ilə aralarında şagird müəllimə münasibəti olub. Məktəb direktorunun dediyinə görə, valideyinlərdən biri sinif otağına kamera quraşdırıb və onların görüntüsünü qeydə alıb. Video görüntülərdə məktəbin şagirdi sinifə daxil olaraq, müəllimənin üzündən öpməsi əks olunub. Sonra digər şagirdlər otağa daxil olublar. Məktəblinin sözlərinə görə, onlara maraqlı olan məsələ odur ki, video qışda çəkilibsə, niyə bu gün yayılıb bu kadrlar. Şagirdin iddiasına görə qeyd olunan videoda hansısa tərbiyəsiz görüntü yoxdur. Onlar bunu qəsdən ediblər ki, müəlliməni işdən çıxarsınlar.