Əlaqə Arxiv
news Image
2015.07.03
12:25
| A A A
Toksikoloqdan ilan sancma ilə bağlı-Xəbərdarlıq

"İyun ayında 18 nəfəri ilan sancıb. Onlardan 11 nəfəri xəstəxanaya qəbul olunub. İlan sancanlardan 2-i uşaq olub". 

Bu məlumatı Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib. A. Maqsudovun sözlərinə görə, həşərat sancması ilə bağlı isə 3  müraciət olub. A. Maqsudov havaların daha da istiləşməsi ilə əlaqədar bu cür müraciətlərin artmasının istisna olmadığını da söyləyib: "Əvvəlki aylar ilan sancma ilə bağlı müraciətlər elə də çox olmayıb. Amma bu aydan çox güman ki, artacaq. Havalar istiləşdikcə insanlar bu təhlükədən daha çox qorunmlalıdır".

A. Maqsudov hələki bu mövsüm ilan sancmadan dünyasını dəyişənlərin olmadığını söyləyib. Onun sözlərinə görə, ilan sancan şəxsin 3-4 saat ərzində xəstəxanaya çatdırılaraq zərdab vurularsa ölüm təhlükəsi olmur. Şöbə müdiri respublika üzrə bütün xəstəxanalara zərdab paylanıldığını, bu cür hadisələr zamanı ilkin tibbi xidmətin görülməsi üçün şərait olduğunu söyləyib. A. Maqsudov deyib ki, ilan sancan an ağrıkəsicinin və alergiya əleyhinə dərman preparatlarının vurulması şərtdir.


Sizin Reklam Yeriniz