Əlaqə Arxiv
news Image
2015.07.06
13:00
| A A A
Azərbaycanda vərəm xəstəliyinə yoluxanların sayı artıb
Bakıda 39 uşağa vərəm diaqnozu qoyulub

Ötən il Bakıda 598 nəfər vərəm xəstəliyinə yoluxub. Movqe.az xəbərinə görə, Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2013-cü ildə bu göstərici 660 nəfər təşkil edib.

2014-cü ildə paytaxtda 598 nəfər vərəm diaqnozu ilə qeydiyyata alınıb. Eyni zamanda, Bakı üzrə bu xəstəliyin daşıyıcıları arasında 0-13 yaşlı uşaqlar da olub ki, onların sayı 39 nəfər təşkil edib. 2013-cü ildə bu rəqəm 28 nəfər olub. 14-17 yaşlılarda bu rəqəm ötən il üçün 40 (2013-cü ildə 57), 18-29 yaşlılarda 216 (2013-cü il 242), 30-44 yaşlılarda 129 (2013-cü ildə 133), 45-64 yaşlılarda 161 (2013-cü ildə 182) olub. 2014-cü ildə yaşı 65 və daha çox olan 13 nəfərdə (2013-cü ildə 18) bu virusa rast gəlinib.

Ümumilikdə Azərbaycanda ötən il 4 min 528 nəfərdə (2013-cü ildə 4 min 384) vərəm xəstəliyi aşkar edilib. Ötən il yaşı 0-13 olan 179 uşağa vərəm diaqnozu qoyulub və onlar qeydiyyta alınıblar. 2013-cü ildə bu göstərici 147 nəfər təşkil edib. 

Ötən il 14-17 yaşlılar arasında bu rəqəm 323 (2013-cü ildə 253), 18-29 yaşlılarda 1 637 (2013-cü il 1 570), 30-44 yaşlılarda 1 058 (2013-cü ildə 1 027), 45-64 yaşlılarda 1 132 (2013-cü ildə 1 189), 65 və yuxarı yaşlılarda isə 199 (2013-cü ildə 198) fakt təşkil edib.  

Sizin Reklam Yeriniz