Əlaqə Arxiv
news Image
2015.07.10
15:50
| A A A
Bu ilin sonunda Azərbaycanın tələbə-könüllülərinin Respublika Forumu keçiriləcək
Təhsil naziri: “Forumun məqsədi tələbə könüllülərin təşkilatlanması, onların bacarıqlarının inkişaf etdirilməsidir”

Təhsil naziri Mikayıl Cabbarov "Bakı-2015" I Avropa Oyunlarında uğur qazanan idmançılarla görüşüb.

Movqe.az-ın məlumatına görə, görüşdə çıxış edən nazir deyib ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi hər kəsdə qürur hiss doğurub.

O bildirib ki, Avropa Oyunlarında Azərbaycanı təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir.

Oyunların keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib: "Tələbə könüllülərin fəaliyyətini Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yüksək qiymətləndirib".

Nazir bildirib ki, Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, bu ilin dekabrın 5-də Beynəlxalq Könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub: "Forumun məqsədi tələbə könüllülərin təşkilatlanması, onların bacarıqlarının inkişaf etdirilməsidir".

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından danışan nazir Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən olan Alim Qasımovun Sambo idman növü üzrə II, Hacı Əliyevin Sərbəst Güləş üzrə idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutuduğunu nəzərə çatıdırıb.

Hər 3 idmançıya qiymətli hədiyyələr verilib.

Daha sonra M.Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin Oyunlarda fəal iştirak edən bir qrup əməkdaşını Fəxri fərmanla təltif edib. 

Sizin Reklam Yeriniz