Əlaqə Arxiv
news Image
2015.07.13
16:00
| A A A
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir".

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün əhaliyə müraciət edib. Bu barədə Movqe.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmağın qadağan olduğu bildirilib.

Nazirlikdən bildirilib ki, valideynlər uşaqları çimərliklərdə nəzarətsiz qoymamalı, hər kəs xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməlidir: "Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir". 

Müraciətdə qeyd olunub ki, çimərliklərdə istirahət saat 9-dan 21-dək daha təhlükəsizdir.

FHN -dən bildirilib ki, qaydalara biganəlik - insan həyatına təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Sizin Reklam Yeriniz