Şeyxülislam Allahşükür Paşazadə Tacikistana səfərə gedir
O, “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür. Bu barədə Movqe.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd 22-23 iyulda Düşənbədə keçiriləcək "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.
Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri şeyxülislam A.Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.