Əlaqə Arxiv
news Image
2015.07.22
12:20
| A A A
Vüqar Səfərli : “Bu gün internet azadlığı şəraitində ölkədə söz və mətbuat azadlığına hansısa maneə yoxdur”

Jurnalistlər üçün dövlət büdcəsi hesabına yaşayış binasının inşa edilməsi dünyada analoqu olmayan addımdır və Azərbaycanda mediaya yüksək dövlət qayğısının mövcudluğunu bir daha təsdiqləyir.


Movqe.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dilə gətirib.

 

Onun sözlərinə görə, ölkə başçısı 2010-cu il iyulun 22-də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan sərəncam imzalayıb və sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb:


"Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, iki girişli, 156 mənzilli yaşayış binası inşa edilərək 2013-cü il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə jurnalistlərə təhvil verildi. 


Ölkə başçısı elə həmin gün - 22 iyul 2013-cü il tarixdə "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" ikinci sərəncamı imzalamaqla jurnalistlərin bayram ovqatına əlavə sevinc qatdı.


Sərəncama əsasən, hazırda Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Yaşayış binasının 2016-cı ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur".

 

O, mətbuata açıqlamasında həmçinin qeyd edib ki,   mətbuat cəmiyyətin aynasıdır.


V. Səfərlinin fikrincə,  bu mənada, mətbuat dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir: 


"Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsi olaraq Azərbaycan metbuatı inkişaf yolundadır.


Hüquqi dövlət və açıq cəmiyyət quruculuğu yolunu seçən respublikamızın qlobal informasiya məkanına daxil olması cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun şəkildə ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac yaradır. 


Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı düzgün dəyərləndirən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirir. 


Bu gün internet azadlığı şəraitində ölkədə söz və mətbuat azadlığına hansısa maneə yoxdur, jurnalistlər istədiklərini mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdırırlar".

Sizin Reklam Yeriniz