Əlaqə Arxiv
news Image
2015.07.22
17:50
| A A A
Bakıda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib
Onlar FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib

Bakıda daha iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Abşeron rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsindən 750 metr solda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Sizin Reklam Yeriniz