Qəbələnin bir kəndini sel basdı, sakinlər evlərini tərk etdilər
Ötən gecə Qəbələ rayonunda yağan leysan yağışlar rayonun Qəmər kəndində evlərə ciddi ziyan vurub.Kənd sakinlərindən musavat.com-a daxil olan məlumata görə, bəzi evlər və maşınlar sel suları altında qalıb. İnsan tələfatı yoxdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təbii fəlakət yerindədirlər. Bu barədə musavat.com-a məlumat verən Müsavat Partiyasının Qəbələ rayon təşkilatının sədri Sahib Məlikzadə bildirdi ki, evləri çınğıl və su basıb, avtomobillər su altında qalıb. Kəndin şimal hissəsində yaşayanlar isə evlərini tərk edərək, kəndin cənub hissəsinə qaçıblar. Sel özü ilə birlikdə çınqıl daşlarını da gətirdiyindən evlər yararsız hala düşüb.