İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25 dərəcə, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycan rayonlarında gün ərzində hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23 dərəcə isti, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.
Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.