Əlaqə Arxiv
news Image
2015.07.30
18:14
| A A A
İmtahandan kəsilən yeniyetmələr niyə canına qıyır?

Ali məktəbə daxil olub, tələbəlik həyatını yaşamağın xəyalını quran zaman aldıqları xəbər onların arzularını yarımçıq qoyur. Hələ yeniyetmə olsalar da, həyat onlar üçün qabaqda olsa da, nədənsə ali məktəbə qəbul imtahanlarındakı uğursuzluqları onlara bir an böyük bir itgi, həyatın ən böyük sarsıntısı kimi gəlir. Bu uğursuzluqdan çıxış yolunu arzularının arxasınca getmək üçün daha da çalışmaq, çox oxumaq əvəzinə intiharda görürlər. Artıq ölkədə baş verən iki belə hadisəcəmiyyətə ciddi həyəcan siqnalı verdi. Ümumiyyətlə, hər il ali məktəblərə qəbul imtahanının nəticələri elan olunduqdan sonra abituriyentlərin intiharı ilə bağlı üzücü xəbərlərə rast gəlirik.  Bir neçə gün bundan öncə, analoji hadisə baş verdi. Kürdəmir rayonunun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyiti evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb. Bildirilir ki, 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Mayıs oğlu Bədəlov də imtahandan kəsildiyi üçün yaşadığı evdə özünü asaraq intihar edib.  Ölkənin müxtəlif yerlərində ali məktəbə qəbul imtahanlarında az bal toplayan abituriyentlərin özünə qəsd etməsi ictimaiyyət arasında geniş müzakirəyə, hətta sosial şəbəkələrdə qınağa səbəb olub. Qınaq obyektləri isə intihar edən yeniyetmələr yox, onların valideynləridir. Bu məsələyə müxtəlif aspektlərdən yanaşılsa da, insanların çoxu elə hesab edir ki, imtahandan loru dildə desək kəsilən yeniyetmələrin canına qıymasının günahkarı valideynlər, onların sərt təpgiləridir. Bəs görəsən əsl səbəb nədir? Movqe.az son günlər müzakirə olunan bu məsələ ilə

bağlı psixoloqun rəyini öyrənib.  Psixoloq Elnur Rüstəmov deyir ki, ali məktəblərə qəbul imtanalarında uğursuz nəticə göstərərək özünəqəsd edənlərin məsuliyyəti valideynlərin üzərinə düşür: "Əslində intahanda uğursuzluq bir bəhanədir. Səbəb ailədəki  münasibətlərdir".

Psixoloq deyir ki, övladı imtahanda aşağı nəticə göstərən valideyn bunu anlayışla qarşılamalı, övladını buna görə danlamalı deyil. Çünki, ali məktəblərə sənəd verənlərin 90 faizi yeniyetmələrdir. Həmin yaş qrupunda olan uşaqlar anidən qərar verirlər. Onları tənqid edəndə, bunu təhqir kimi qəbul edir özlərinə qarşı çevirirlər. Ona görə də, valideynlər yenidən həmin uşaqlara şans tanımalıdırlar. Valideyn uşağa başa salmalıdır ki, bu həyatın sonu deyil, onu qarşıda xöşbəxt gələcək gözləyir, güclü olsa, üzərində çalışsa ali məktəbi qazana bilər".  

E. Rüstəmovun  sözlərinə görə, əgər bu günədək iki nəfər bu səbəbdən intihar edibsə, 20-ə yaxın yeniyetmənin də məhz bu səbəbdən intihara cəhdinin qarşısı alınıb.

Psixoloq ümumiyyətlə imtahanqabağı və imtahandan sonra psixoloji dəstəyin vacib olduğunu söyləyir. 

Sizin Reklam Yeriniz