Əlaqə Arxiv
news Image
2015.08.04
12:17
| A A A
Hava şəraiti ilə bağlı küçə ticarətinə nəzarət gücləndirildi
Havaların kəskin istiləşməsi ilə əlaqədar Azərbaycanda küçə ticarətinə nəzarət tədbirləri gücləndirilib. Bu barədə Movqe.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov verib. Ə. Abbasov bildirib ki, kənd təsərrüfatı məshsullarının paytaxta gətirilməsi ilə əlaqədar bəzi yerlərdə səyyar ticarətə icazə verilib: "Elə yerlər var ki, biz orada bazar olmadığından qarpız, yemiş və sair kənd təssərrüfatı məhsullarının səyyar satışına icazə vermişik. Amma bəzi hallarda küçədə müxtəlif fəsd-fud məhsullarının səyyar satışı həyata keçirilir. Havaların isti keçməsi ilə əlaqədar bu cür hazır yeməklərin əldə, səyyar satışı təhlükəlidir. Çünki, havanın temperaturu günü-gündən yüksəlir. Həmin məhsulların, qidaların əldə, açıq şəraitdə satışı bəzi xəstəliklərin yayılmasını daha da sürətləndirə bilər. Ona görə də, vətəndaşlara da əldə satılan fəsd-fud məhsullarını almaq məsləhət görülmür. Bizim qurum buna qarşı nəzarət tədbirlərini gücləndirib. Küçədə bu cür məhsulların səyyar şəkildə satışı qadağandır!".
Sizin Reklam Yeriniz