Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən "Webometrics"in reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib.
Universitet eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olub. Belə ki, ADİU region universitetləri arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil olub.
Bütövlükdə, Avropa universitetləri arasında ADİU 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.