Əlaqə Arxiv
news Image
2015.08.17
16:11
| A A A
Günvurma qurbanlarının sayını açıqlandı
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınınbaş həkimi Rauf Nağıyevin Movqe.az-a verdiyi məlumata görə, son günlər havaların isti keçməsi nəticəsində BŞTTTYS-ə günma diaqnozu ilə müraciət edənlərin sayı artıb. R. Nağıyevun sözlərinə görə, havalar istiləşəndən Bakıda 66 nəfəri gün vurub. Onlardan 23 nəfəri xəstəxanaya yerləşdirilib.Bununla belə stansiyanın baş həkimi əhalini isti havalarda ehtiyatlı olmağa, xüsusilə yaşlı insanların və azyaşlı uşaqların bu cür hava şəraitində açıq havaya çıxmamasının məsləhət olduğunu bildirib:"Artıq hidrometerioloqlar son bir neçə günün isti keçəcəyi barədə proqnoz veriblər. Xüsusilə bu günlərdə insanlar günvurmanın qurbanı olmamaq üçün hava şəraitinə uyğun geyinməli, qidalanmalı, gəzintiyə çıxmalıdırlar.Biz məsləhət görürük ki, insanlar səhər saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün qədər çəkinsinlər.
Sizin Reklam Yeriniz