Əlaqə Arxiv
news Image
2015.08.24
19:10
| A A A
“Vətənimə xidmət edirəm” VİDEO-su təqdim edildi (FOTO VİDEO)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və "İrəli" İctimai Birliyinin dəstəyi, Altunay Əsgərin təşkilatçılığı ilə həyata keçirilən "Vətənimə xidmət edirəm" layihəsi yekunlaşıb.

"İrəli" İctimai Birliyindən verilən məlumata görə, layihənin məqsədi tutduğu vəzifəsindən, mövqeyindən və əqidəsindən asılı olmayaraq vətənə əzmlə xidmət etmək prinsiplərini təbliğ edərək gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək idi.

Bildiyimiz kimi son zamanlarda uğurla həyata keçirilən "Azərbaycan Gənclər Siyasəti"nin bir istiqaməti də çağırışa qədərki və həqiqi hərbi xidmətdə olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsiplərinin təbliğ olunması və onların ruh yükəsliyinin qaldırılmasıdır. Bundan irəli gələrək layihə çərçivəsində çəkiləcək olan video çarxda yuxarıda qeyd etdiyimiz prinsiplər gənclər arasında təbliğ edilib. Ərsəyə gələn video çarxda gördüyü işdən asılı olmayaraq vətəninə, xalqına ləyaqətlə ximdət edən insanlar cəmiyyətə bir nümunə kimi təqdim edilib. Sözügedən video çarxda müxtəlif peşə sahibləri (hərbiçi, müəllim, bağban, satıcı, jurnalist, tələbə, rəssam, dərzi, çörəkçi, həkim, polis, gəmiçi və s.) bir araya gələrək hərəsi öz sahəsində vətəninə layiqli vətəndaş kimi necə xidmət etdiyini nümayiş etdirib. Layihənin ana ideyası vətənpərvərliyin və vətənə xidmətin əsgər səngərləyirlə sərhədlənmədiyini göstərmək və vətənə xidməti hər birimizin gündəlik həyat tərzinə çevirməkdir.



Sizin Reklam Yeriniz