Abşeron rayon prokuroru təqaüdə göndərilib
Abşeron rayon prokuroru təqaüdə göndərilib.
Movqe.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Abşeron rayon prokuroru Qənimət Səfərov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.