Movqe.az xəbər verir ki, İngiltərədəki tarixçi və mütəxəssislər Quran-i Kərim səhifələri üzərində etdikləri araşdırmalardan sonra Quranın Hz.Məhəmməddən daha əvvəl yazılmış ola biləcəyi qərarına gəliblər.
Mütəxəssislərin iddiasına görə Birminghamdakı Quran lülə halında olan bükülmüş kağızlara, 568 ilə 645 illəri arasında yazılıb. Hz.Məhəmməd 571 və 632-ci illəri arasında yaşadığına görə lülə halında olan bükülmüş kağızlar Hz.Məhəmməddən daha əvvəl olub. "Times" və "Daily Mail" kimi İngilis mətbuatında yer alan bu şok məlumata görə Hz.Məhəmməddən əvvəli və erkən İslam tarixi yenidən yazıla bilər.
Bir ay əvvəl İngiltərədəki Birmingham Universitetində olan Quran-i Kərim lülə formasında olan bükülmüş kağızları, karbon testləri nəticəsində ən köhnə Quran hissəsi olduğu iddia edilmişdi.
Movqe.az
Tərcümə etdi: Nihat Hüseynzadə