Burun qanaxması - səbəblər, ilkin müdaxilə..
Burun qanaxması hər
bir kəsdə ola bilər. Qanaxmanın səbəbləri isə müxtəlifdir. Bu haqda
Movqe.Az-a həkim–terapevt Nəcibə Axundzadə məlumat
verdi.
"Əvvəla üz və baş
nahiyəsində alınmış zərbələr buna səbəb ola bilər. Daha sonra isə
temperaturun düşməsi, aspirin qəbul edərkən,və arterial təzyiqin
qalxması burunda qanaxmaya səbəb ola bilər.
Çox vaxt qanaxmaya
hormonal dəyişikliklərdə səbəb ola bilər. Bəzən isə ürək, ciyar və
yaxud böyrək kimi orqanların xəstəliyi burunda qanaxmaya səbəb ola
bilir", - N.Axundzadə dedi.
Həkimin sözlərinə
əsasən, qanaxmaya səbəb siqaretdən, alkoqoldan və narkotik
maddələrdən istifadə ola bilər. Burun qanaxmasının
səbəbindən asılı olmayaraq, xəstə dərhal həkimə müraciət
etməlidir.
Burun qanaxmasında
ilkin yardım
İlk olaraq xəstəni
elə bir şəkildə yerləşdirmək lazımdır ki, başı yüksəkdə qalsın.
Lakin bu o demək deyil ki, xəstənin başını arxaya atan şəkildə
tutmaq lazımdır. Bunu heçvaxt etmək olmaz, çünki belə halda qan
gənziyə düşə bilər. Yaxşı olardı ki, xəstənin burnunun üstünə
buzlu salfet qoyulsun.
Uşaqlarda burun
qanaxmaları daha təhlükəlidir. Çünki onlar heçdə bir vəziyyətdə
qala bilmirlər. Bu isə qan damarlarının partlaması ilə nəticələnə
bilər.
Qanaxmanı necə
dəyandırmalı?
Əgər qanaxma 10
dəqiqədən sonra dəyanmırsa, burun deşiklərinə pambıq qoymaq olar.
Bu üsul burun qanaxmasını 15-20 dəqiqəyə dəyandırır. Yox əgər
qanaxma dəyanmırsa, onda təcili yardım çağırmaq
lazımdır.
Türkan
Nadirqızı