Əlaqə Arxiv
news Image
2016.01.05
11:27
| A A A
İsveç sərhəd yoxlanışının tətbiqinə başlayır

İsveç Danimarkadan ölkəyə miqrant gəlişinin sayını azaltmaq üçün sərhəddə səyahətçilərin yoxlanılmasına başlayıb. Movqe.az BBC-yə istinadən xəbər verir ki, Oresund körpüsünü qatar, avtobus və gəmi ilə keçmək istəyənlər lazımi sənədlər olmadan ölkəyə daxil ola bilməyəcək.İsveçə gedən qatar sərnişinləri indi Kopenhagen hava limanına gedərək şəxsiyyət yoxlanışından keçməlidir. Bu, səyahət vaxtının 30-40 dəqiqə çoxalması deməkdir.İsveç 2015-ci ildə 150 min mühacirət sənədi alıb.Hər gün İsveçin Malmö və Lund şəhərlərini Kopenhagenlə birləşdirən Oresund körpüsünü 20 min insan keçir.Bundan başqa, İsveçə qatar ziyarətlərinin sayı da azaldılıb.Danimarkanın Nəqliyyat naziri Hans Christian Schmidt deyib ki, yoxlanışın təqdim edilməsi "üzücüdür".Sərhəd yoxlamalarını tətbiq etmək üçün İsveç höküməti Avropa Birliyinin Şengen razılaşması altında açıq sərhəd xidmətini müvəqqəti dayandırmağa icazə alıb.

Sizin Reklam Yeriniz