Əlaqə Arxiv
news Image
2016.01.05
12:20
| A A A
Azərbaycanın 8 rayon və şəhərində orta məktəb direktorlarının təyinatı yeni qayda ilə həyata keçiriləcək

Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulması müsabiqə yolu ilə həyata keçiriləcək.Movqe.az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, bu, "Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə" Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə icra edilir.Yeni müsabiqə mexanizminin tətbiqinə bu il yanvar ayından start verilir. Məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər adları qeyd edilən rayonlar da əhatə edilməklə Sumqayıt və Gəncə şəhərlərində təşkil ediləcək.Nazirin yeni əmrinə əsasən, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy, Daşkəsən rayon təhsil şöbələrinə ümumtəhsil məktəblərində vakant direktor vəzifəsi ilə əlaqədar vəziyyəti təhlil etmək, vakant vəzifənin icrası müvəqqəti həvalə edilərkən həmin yerlərin yalnız Təhsil Nazirliyi tərəfindən təşkil edilən müsabiqə nəticəsində tutulacağını nəzərə almaq tapşırılıb. Vakant yerlərin tutulması üçün yeni qayda tətbiq edilənədək Təhsil Nazirliyinə təqdim edilən namizədlərin, eləcə də bu sahədə potensialı olan müəllimlərin və direktor müavinlərinin müsabiqədə iştirakı ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində 2013-2014-cü dərs ilindən etibarən Bakı şəhərində məktəb direktorlarının seçimi üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. Bu vəzifədə işləmək arzusunda olan pedaqoji kadrlar üçün mərhələli müsabiqə təşkil edilib, sənədlərin qəbulu, ilkin seçimin aparılması, təlimlərin keçirilməsi, yekun imtahan və müsahibə ilə nəticələnən prosedurlar tətbiq edilib.

Sizin Reklam Yeriniz