Əlaqə Arxiv
news Image
2016.01.08
14:05
| A A A
Suriyada həlak olmuş 11 İran vətəndaşı dəfn edilib

Suriyada həlak olmuş daha 11 İran vətəndaşı Məşhəd və Qum şəhərlərində dəfn edilib. Movqe.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, onlardan 8 nəfəri - Məhəmməd Cavad Rzayi, Əli Muradi, Əhməd Cəfəri, Hüseyn Fədai, Cavad Hüseyni, Həsən Heydəri, Hüseyn Rəhimi, eləcə də ötən il martında öldürülmüş və DNT analizindən sonra şəxsiyyəti  müəyyənləşdirilmiş Məhəmməd Cavid Hüseyni Məşhəd şəhərində, 3 nəfəri - Seyyid Mehdi Hüseyni, Seyyid Həsən Əsədullah və Səlim Salari isə Qum şəhərində əhalinin iştirakı ilə dəfn edilib.Qeyd edək ki, son aylar ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun 70-ə yaxın əsgər və zabiti Suriyada həlak olub. İran dəfələrlə elan edib ki, ölkə hərbçiləri Suriya ordusuna və xalq özünümüdafiə qüvvələrinə hərbi sahədə məsləhətlər verir, Suriya ərazisindəki müqəddəs məkanların mühafizəsini həyata keçirir.

Sizin Reklam Yeriniz